RU

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı-Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni zamanda Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.

Bakı-Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.

Избранный
7
17
day.az

10Источники