RU

“Pink Out” voleybol tədbiri baş tutdu - FOTO

Ötən gün baş tutmuş tədbirin əsas məqsədi sağlamlıq maarifləndirilməsini təşviq etmək, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və süd vəzi xərçəngi ilə bağlı olan steriotipləri qırmaq idi.


Manset.az xəbər verir ki, tədbir çərçivəsində şagirdlər, müəllimlər və tərəfdaş təşkilatlar bir araya gələrək həm idman yarışlarında iştirak edib, həm də süd vəzi xərçəngi ilə bağlı məlumatlandırıcı müzakirələrə qoşulublar. İştirakçılar həmrəylik rəmzi olaraq çəhrayı rəngdə geyinərək maarifləndirmə kampaniyasına dəstək göstəriblər.

Tədbirin əsas məqamlarından biri xüsusi qonaqların çıxışları olub. Gender Hub Azerbaijan-ın təsisçisi Məryəm Məcidova və süd vəzi xərçəngi üzrə mütəxəssis, rekonstruktiv cərrah Dr. Xatın Salmanova şagirdlərlə görüşərək süd vəzisi sağlamlığı, profilaktika, erkən aşkarlama və məlumatlı qərarvermənin əhəmiyyəti barədə çıxış ediblər. “Cəmiyyətdə qadın sağlamlığı barəsində danışmaq tabu olmamalıdır. Qadın bədəni, sağlamlığı haqqında fərqindəlik yaratmaq çox vacibdir və süd vəzi xərçəngi bu xəstəliklərdən biridir” – deyə Məryəm Məcidova bildirib.

“Hər gün süd vəzisi xərçəngi xəstələri ilə qarşılaşan bir cərrah olaraq təkid edirəm: lütfən, səssizcə gözləməyin - öyrənin, yoxlayın, danışın və sağlamlığınızı və gələcəyinizi qorumaq üçün özünüzə güc verin” – deyə Dr. Xatın Salmanova qeyd edib.

TISA tərəfindən tamamilə ilham verici şagird liderliyi ilə təşkil olunan “Pink Out” tədbiri məktəb icması daxilində dialoqun genişlənməsinə, həmrəyliyin güclənməsinə və sağlamlıq mövzularında məlumatlılığın artmasına töhfə verib. Tədbir bir daha göstərdi ki, gənclərin təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətdə mühüm dəyişikliklərə təkan verə bilər.

“International School of Azerbaijan” və “Gender Hub Azerbaijan” təşkilatcılığı ilə süd vəzi xərçəngi barədə maarifləndirməni təşviq edən “Pink Out” voleybol tədbiri baş tutub. “International School of Azerbaijan” (TISA) Gender Hub Azerbaijan ilə əməkdaşlıq

çərçivəsində süd vəzi xərçəngi barədə məlumatlılığın artırılmasına həsr olunmuş, şagird təşəbbüsü ilə həyata keçirilən “Pink Out” voleybol tədbirinə ev sahibliyi edib

Избранный
12
1
manset.az

2Источники