RU

"Kəpəz" "Sumqayıt"a, "İmişli" "Araz-Naxçıvan"a qalib gəldi

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib. 

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb. 

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.

2 may (şənbə)

18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:1

Qol: Dioqo Kardozu, 18
“SOCAR Polymer Arena”

16:00. “Kəpəz” - “Sumqayıt” - 2:1

Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1)
Yevlax şəhər stadionu

3 may (bazar)

16:00. “Şamaxı” - “Sabah”

18:30. “Zirə” - “Qəbələ”

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” - “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” - “Neftçi”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Joarlem Santos ("Turan Toviz") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Избранный
73
21
teleqraf.com

10Источники