RU

Maaşını azaldıb "Barselona"nı seçdi

Bernardo Silvanın "Barselona"ya keçidi böyük ölçüdə tamamlanmış sayılır.

"Ölkə.az" xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə katalon klubu arasında artıq prinsipial razılıq əldə edilib.

Silva bu transferin reallaşması üçün ciddi maliyyə fədakarlığına gedərək, "Mançester Siti"dəki hazırkı maaşından 60 faiz daha az almağa razılaşıb.

Hansi Flik bu keçidə müsbət yanaşsa da, onun bir şərti var: transfer yalnız yarımmüdafiə xəttindəki bəzi oyunçuların (məsələn, Mark Kasado və digər gənclərin icarəyə verilməsi) komandadan ayrılmasından sonra rəsmiləşəcək.

Gözlənilməz bir maneə çıxmasa, B. Silvanın bu yay "Barselona"ya azad agent kimi qoşulacağı və komandanın yarımmüdafiəyə yeganə transferi olacağı gözlənilir.(Offsideplus.az)

Избранный
14
6
olke.az

7Источники