RU

Gürcüstanın uşaq müsabiqəsində Şən Azərbaycan mahnısı ifa olunub VİDEO

ain.az, Apa.az saytına istinadən bildirir.

Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq müsabiqəsinin IX mövsümündə Azərbaycan mahnısı təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, müsabiqənin üçüncü mərhələsində 10 yaşlı iştirakçı Zurab Naskidaşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun reperturarından olan "Şən Azərbaycan" mahnısını ifa edib.

Azərbaycan dilində ifa alqışlarla qarşılanıb. Münsiflər heyətinin bütün üzvləri ifanı bütün göstəricilər üzrə 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, “Ranina” vokal müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin populyar mahnılarını təqdim edirlər. Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.

Xatırladaq ki, "Şən Azərbaycan" Polad Bülbüloğlunun "Ranina" müsabiqəsində ifa olunan ikinci mahnısıdır. Belə ki, müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısı ilə çıxış edib.

Sonrakı mövsümlərdə “Laçın” xalq mahnımız, “Tez gəl” (Yar gəlir görüşə) mahnıları oxunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
4
apa.az

5Источники