RU

Rusiya sərhədinə yaxın hərbi toplanma: NATO savaşa hazırlaşır

Finlandiya ərazisində, Rusiya sərhədindən təxminən 70 kilometr məsafədə “Northern Strike 26” adlı iri artilleriya təlimlərinə start verilib.

Musavat.com xəbər verir ki, təlimlərdə Estoniya, Litva, Norveç, Fransa, Böyük Britaniya, ABŞ, İtaliya, Macarıstan, Polşa və Finlandiya hərbçiləri iştirak edəcək.

Məlumata görə, manevrlər çərçivəsində hərbçilər real döyüş ssenarilərinə uyğun əməliyyatları məşq edəcəklər.

Təlimlərin əsas məqsədi NATO qüvvələrinin koordinasiyasını gücləndirmək və mümkün hərbi ssenarilərə hazırlığı artırmaqdır.

Musavat.com

Избранный
51
5
musavat.com

10Источники