RU

“Hər santimetri qoruyacağıq” - Almaniya Rusiyaya qarşı hazırlığı artırır

Almaniya ordusu Litva istiqamətində hərbi hazırlığı gücləndirir və yeni briqada formalaşdırır.

Musavat.com xəbər verir ki, Almaniyanın “Bild” nəşri ölkənin 2027-ci ilə qədər mümkün qarşıdurma ssenarilərinə hazırlaşdığını yazıb.

Məlumata görə, Bundesver Litvada tank briqadası yaradır. Nəşr iddia edir ki, bu addım Baltikyanı ölkələrin müdafiəsini gücləndirmək məqsədi daşıyır və Rusiya tərəfindən mümkün risklər nəzərə alınır.

Alman briqada generalı Kristof Huber bildirib ki, NATO müttəfiqlərinin müdafiəsi prioritetdir: “Biz hər santimetri qoruyacağıq”.

Bild yazır ki, hazırlıq prosesi sürətlə aparılır və Bundesverdə mövcud olan resursların böyük hissəsi yeni briqadaya yönəldilir.

NATO qüvvələri isə Rusiya hərbi taktikasına qarşı müxtəlif ssenariləri mütəmadi olaraq məşq edir.

Bununla belə, briqadanın formalaşdırılmasında çətinliklər qalır. Əsas problem şəxsi heyətin komplektləşdirilməsi ilə bağlıdır.

Hərbçiləri cəlb etmək üçün əlavə bonuslar və sosial güzəştlər təklif olunur. Hətta bəzi siyasətçilər məcburi xidmət variantını da müzakirə edir.

Nəşrin yazdığına görə, alman hərbçilər artıq yüksək hazırlıq vəziyyətindədir və mümkün ssenarilərə hazır olduqlarını bildirirlər.

Musavat.com

Избранный
34
musavat.com

1Источники