Avropa İttifaqı hakimiyyəti uşaqların VPN vasitəsilə internetdəki qadağan olunmuş məzmunlara girişini çətinləşdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının texnoloji suverenlik üzrə icraçı vitse-prezidenti Henne Virkkunen "X" sosial şəbəkəsində məlumat verib.
O yazıb ki, VPN xidmətləri sistemdən yan keçməyə imkan verməməlidir.
Virkkunenin sözlərinə görə, hazırda qurum yetkinlik yaşına çatmayanların qadağan olunmuş saytlara girişini istisna etmək üçün daha davamlı həll yollarının axtarışındadır.