Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi görüşün 64-cü dəqiqəsində Yusif İmanov avtoqol müəllifi olub. 86-cı dəqiqədə isə meydan sahiblərinin futbolçusu Rauf Hüseynli penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Üç dəqiqə sonra Hüseynli ikinci dəfə penalti zərbəsindən fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən Azər Bağırovun kollektivi 24 xalla turnir cədvəlinin 10-cu, Saşa İliçin kollektivi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
“Kəpəz” – “Sumqayıt” 2:1