RU

“Portu” klubu 31 ci dəfə Portuqaliya çempionu olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 may, AZƏRTAC

Futbol üzrə Portuqaliya çempionatında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, “Portu” vaxtından əvvəl çempionluğunu elan edib.

Portu şəhərinin eyniadlı təmsilçisi bu uğura XXXII turun “Alverka” ilə oyununda imza atıb. Yan Bednarekin 40-cı dəqiqədə vurduğu yeganə qolla rəqibini 1:0 hesabı ilə məğlub edən komanda mövsümün baş çatmasına 2 tur qalmış qızıl medalları təmin edib.

Hazırda 85 xalla turnir cədvəlinə başçılıq edən “Portu” ən yaxın izləyicisi “Benfika”nı 9 xal qabaqlayır ki, son 2 turda bu fərqin aradan qalxması mümkün deyil.

Beləliklə, “Portu” tarixində 31-ci dəfə Portuqaliya çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
106
2
azertag.az

6Источники