RU

Afina dəmir yolu sistemini yeniləyir

“Travel and Tour World” nəşri yazır ki, Yunanıstan hökuməti ölkənin dəmir yolu infrastrukturunun modernləşdirilməsi üçün təxminən 308 milyon avro həcmində investisiya proqramını həyata keçirir.

Publika.az xəbər verir ki, nəşrdə layihə çərçivəsində 2027-ci ilə qədər 23 yeni qatarın istifadəyə verilməsinin planlaşdırıldığı bildirilir. Bu qatarların 11-i şəhərətrafı marşrutlarda, 12-si isə şəhərlərarası xətlərdə fəaliyyət göstərəcək və Avropa standartlarına uyğun qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.

Qeyd olunur ki, Yunanıstan hökuməti paralel olaraq dəmir yolu şəbəkəsində genişmiqyaslı modernləşdirmə işləri aparır. Xüsusilə Afina–Saloniki əsas dəmir yolu xəttində təhlükəsizlik sistemlərinin tam tətbiqi prioritet istiqamət hesab olunur. Bu xətt turizm və logistika baxımından da strateji əhəmiyyət daşıyır.

Избранный
4
4
publika.az

5Источники