“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.
Publika.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.