Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cü turu çərçivəsində “Şamaxı” “Sabah”ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşmanı Kamal Umudl idarə edəcək.
“Şamaxı” 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 72 xala malik “Sabah” isə liderdir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
3 may (bazar)
16.00. “Şamaxı” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.