RU

Premyer Liqa: “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

Moderator.az xəbər verir ki, günün ilk matçında çempionluğu təmin etmiş “Sabah” səfərdə “Şamaxı”nın qonağı olacaq. Baş hakim Kamal Umudlunun idarə edəcəyi görüş saat 16:00-da start götürəcək.

Günün növbəti matçında isə “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edəcək. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:30-da baş tutacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” isə “İmişli”yə 0:1 hesabı ilə uduzub. Tura mayın 5-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXX tur

3 may

16:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Şirməmməd Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Zirə İK stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
48
moderator.az

10Источники