RU

Türkiyəli ulduz bahalı qızılları ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Türkiyə şou-biznesinin "divası" kimi tanınan Bülent Ersoy yenidən diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu dəfə bahalı zinət əşyaları ilə gündəm olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun çoxsaylı qızıl boyunbağılar və bilərziklər taxdığı anlar əks olunub. Parlaq və dəbdəbəli aksessuarlar izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Paylaşılan kadrlar qısa zamanda viral yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəziləri sənətçinin dəbdəbəli stilini bəyəndiyini qeyd etsə də, digərləri bu qədər zinət əşyasının artıq olduğunu düşünərək fərqli fikirlər səsləndiriblər.

Bundan əlavə, sənətçinin bir müddət əvvəl acıqlandığı operatorla olan səmimi dialoqu da diqqət çəkib. Həmin görüntülər onun təbii və zarafatcıl tərəfini nümayiş etdirdiyi üçün izləyicilər tərəfindən maraqla qarşılanıb.

Sözügedən paylaşımlar sosial mediada müzakirə yaradaraq geniş maraq doğurub./Milli.az

Избранный
29
50
bakivaxti.az

10Источники