RU

ABŞ Almaniya ilə bağlı bu planından imtina edir

ABŞ Almaniyadakı Amerika qoşunlarının planlaşdırılan azaldılmasının bir hissəsi olaraq, uzaqmənzilli silah batalyonunun yerləşdirilməsi qərarını yenidən nəzərdən keçirəcək.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times qəzeti Pentaqondakı mənbəyə istinadən yayıb:

"Bu azalma Tomahawk raketləri də daxil olmaqla, uzaqmənzilli silahların yerləşdirilməsini təhlükə altına qoyur... Pentaqon rəsmisi bildirib ki, Vaşinqton Co Baydenin prezidentliyi dövründə Avropa İttifaqının ən böyük ölkəsinə uzaqmənzilli silah batalyonunun yerləşdirilməsi qərarını ləğv edəcək".

2024-cü ilin iyul ayında əvvəlki ABŞ administrasiyası və Almaniya hökuməti 2026-cı ildən başlayaraq Almaniyada Amerika dəqiq idarə olunan raket sistemlərinin yerləşdirilməsi planlarını açıqlayıblar. Bu sistemlər artıq Avropada yerləşdirilən sistemlərdən xeyli üstün olacaq. Bunlara SM-6 və Tomahawk raketləri, eləcə də hipersəs silahlar daxildir.

Musavat.com

Избранный
21
musavat.com

1Источники