Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndi yaxınlığındakı Aksu dağında 31 dekabr 2025-ci ildə baş vermiş qar uçqununda itkin düşən Bülent Gezerin axtarışları yenidən bərpa olunub.
Sherg.az ANKA-nın məlumatınına istinadən xəbər verir ki, həmin gün baş verən uçqun zamanı 6 çoban qar altında qalmışdı. Onlardan 3-ü sağ xilas edilib, Suat Temel və Kerimullah Azizulla həyatını itirib, Bülent Gezer isə itkin düşmüşdü. Əlverişsiz hava şəraiti və yüksək uçqun riski səbəbindən AFAD və jandarma qrupları axtarışları yanvarın 3-də müvəqqəti dayandırmışdı.
Aradan 120 gün keçdikdən sonra uçqun riskinin azalması ilə axtarış-xilasetmə işləri yenidən başlanıb. Artvindən bölgəyə göndərilən 13 nəfərlik AFAD qrupu təhlükəsizlik tədbirləri çərçivəsində nəzarətli şəkildə axtarış aparır.
Bülent Gezerin ailəsi də axtarış aparılan əraziyə gələrək prosesi izləyib. Anası Şəngül Gezer axtarışların yenidən başlamasına sevindiyini bildirib:
“Allahın izni ilə işlər başladı. Sabah oğlumu tapacağıq, Allahın izni ilə. Dövlətimizin dəstəyi ilə oğlumu tapacağıq. 120 gün keçdi, bölgədə şərait uyğun deyildi. İndi isə yaxşılaşıb. Oğlumu çıxaracaqlar, Allahın izni ilə. Çox sevinirəm.”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.