RU

"Barselona" İspaniya La Liqasında yeni rekord qırdı

"Barselona" 34 turdan sonra toplanan xalların sayına görə İspaniya La Liqasında yeni rekord qırıb.

"Ölkə.az" xəbər verir ki, Hans-Diter Flikin komandası "Osasuna"nı 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlinə liderlik edir, klubun aktivində 88 xal var.

"Barselona" İspaniya çempionatında 34 matçdan sonra artıq üçüncü dəfədir ki, bu qədər xal toplayır, daha əvvəl bu, 2010/11 və 2012/13 mövsümlərində qeydə alınıb. Eyni nəticəni "Real Madrid" də 2011/12 mövsümündə göstərib.

Turnir tarixində heç bir komanda 34 oyuna 88 xaldan çox toplaya bilməyib.

Избранный
29
olke.az

1Источники