RU

İran kartlarını masaya qoydu - top ABŞ-ın meydançasındadır...



İran və ABŞ arasındakı gərginlik Pakistan vasitəsilə çatdırılan yeni diplomatik təklif və ordudan gələn sərt xəbərdarlıqlar səbəbindən kritik bir mərhələyə qədəm qoyub. Tehran administrasiyası danışıqlar yolu ilə həll yolu axtarmağa davam edərkən, hərbi hazırlığını da ən yüksək səviyyədə saxlayır.

Xarici İşlər Nazirinin müavini Kazem Qaribabadi Tehranda xarici nümayəndəliklərin rəhbərləri ilə görüşdə sülh üçün üzərlərinə düşəni etdiklərini deyib. Qaribabadi, ölkəsinin diplomatik, və ya müharibə olmaqla, hər iki halda da milli maraqlarını və təhlükəsizliyini qoruyacağını bildirib: “İran təklifini vasitəçi kimi Pakistana vermişdi. İndi isə top, münaqişəni davam etdirməyi və ya diplomatiyanı seçəcək olan ABŞ-ın meydançasındadır”.

İranın ABŞ-a etibar etmədiyini vurğulayan Qaribabadi, ölkəsinin diplomatik sahədə bütövlüyünü qoruyacağını bildirib.

Diplomatik təmasların davam etməsinə baxmayaraq, hərbi qanaddan gələn açıqlamalar bölgədəki gərginliyin nə qədər yüksək olduğunu göstərir. ABŞ-ın heç bir razılaşmaya əməl etmədiyini bildirən İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Cəfər Əsədi, yeni müharibə ehtimalının çox yüksək olduğunu deyib.

İran silahlı qüvvələrin tam hazırlıq vəziyyətində olduğunu bildirən Əsədi, Amerika rəsmilərinin açıqlamalarının əksəriyyətinin neft qiymətlərini sabitləşdirməyə və strateji çıxılmaz vəziyyətdən xilas olmaq üçün mediaya yönəlmiş manevrlər olduğunu iddia edib. Əsədiyənin sözlərinə görə, ABŞ-ın bölgədəki fəaliyyəti, sahədəki reallıqlardan daha çox iqtisadi və siyasi manipulyasiya səyi kimi görünür.

Tahir TAĞIYEV

Избранный
6
50
baki-xeber.com

10Источники