RU

“Barselona”nın ulduzu 25 illik rekordu qırdı

BAKI, 3 may. TELEQRAF

“Barselona”nın futbolçusu Ferran Torres La Liqada yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, bu, komandanın “Osasuna” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda baş verib.

26 yaşlı hücumçu 86-cı dəqiqədə vurduğu qolla XXI əsrdə ilk dəfə bir mövsümdə iki ispan futbolçunun 15 və ya daha çox qol vurmasına nail olunub.

Belə ki, Torres səfərdə keçirilən görüşdə mövsümdəki 15-ci qolunu vurub. Hazırda zədəli olan Lamin Yamal isə artıq “Barselona” forması ilə La Liqada 16 qol müəllifi olub.

Bütün turnirlərdə Torres 46 oyunda 20 qol və 2 məhsuldar ötürmə ilə ötən mövsümdəki şəxsi rekordunu (19 qol) geridə qoyub, Yamal isə 45 qarşılaşmada 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Osasuna”nı məğlub edən “Barselona” turnir cədvəlində xal fərqini 14-ə çatdırıb. “Real Madrid” bu gün “Espanyol”la oyunda qalib gələ bilməsə, Hans-Diter Flikin komandası vaxtından əvvəl 28-ci çempionluğunu rəsmiləşdirəcək.

Избранный
33
50
teleqraf.com

10Источники