Müğənni Aysun İsmayılova gündəlik həyatından görüntüləri izləyiciləri ilə paylaşıb.
News365.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda evinin müxtəlif otaqlarını nümayiş etdirərək, gün ərzində gördüyü işlərdən də bəhs edib.
Paylaşımda onun evdəki məşğuliyyətləri və gündəlik rutini diqqət çəkib.
Aysun İsmayılovanın bu paylaşımı sosial mediada maraqla qarşılanaraq müzakirələrə səbəb olub./Milli.az