RU

BƏƏ 15 min pakistanlı şiəni ölkədən deportasiya etdi

Birləşmiş Ərəb Əmirliklərinin 15 min pakistanlı şiəni ölkədən çıxardığı iddia edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə “New Lines Magazine” və “The Asian Independent” nəşrləri məlumat yayıb.

İddiaya görə, deportasiya olunan şəxslərin bank hesablarına və vəsaitlərinə çıxışı məhdudlaşdırılıb, onlar dolanışıq imkanı olmadan Pakistana geri göndəriliblər.

Nəşrlər yazır ki, qərar Əbu-Dabi ilə İslamabad arasında artan gərginlik fonunda baş verib. Gərginliyin əsas səbəblərindən biri kimi Pakistanın ABŞ-İran danışıqlarında vasitəçi rolu göstərilir.
 

“The Asian Independent”in məlumatına görə, deportasiyalar seçici xarakter daşıyıb və əsasən Əli, Həsən, Hüseyn kimi şiələr arasında geniş yayılmış adları daşıyan pakistanlılar hədəfə alınıb.


“New Lines Magazine” isə yazır ki, pakistanlı şiələrin BƏƏ-dən deportasiyası İslamabadı çətin vəziyyətə salır. Nəşrə görə, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü bu iddiaları təkzib edib.

Analitiklər hesab edirlər ki, bu proses Pakistan üçün ciddi iqtisadi nəticələr doğura bilər.

Çünki Körfəz ölkələrində çalışan pakistanlı işçilər ölkələrinə milyardlarla dollar pul köçürürlər.

Eyni zamanda Hindistan və Banqladeşdən olan işçilərin boşalan yerləri tutmağa başladığı bildirilir.

Bizim.Media

Избранный
1
50
bizim.media

10Источники