RU

ABŞ Almaniyada “Tomahawk” raketlərini yerləşdirmək qərarını ləğv edir

ain.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ administrasiyası Almaniyada uzaqmənzilli silahların, o cümlədən “Tomahawk” raketləri ilə təchiz olunmuş batalyonun yerləşdirilməsi barədə qərarı ləğv etməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Financial Times” Pentaqondakı mənbəsinə istinadən məlumat yayıb.

Berlində yerləşən “Edina” analitik mərkəzinin direktoru Kristian Mölling raketlərin yerləşdirilməsindən mümkün imtinanı ABŞ hərbi kontingentinin ixtisarından daha ciddi problem adlandırıb. Ekspertin fikrincə, hərbçilərin sayını kompensasiya etmək mümkün olsa da, uzaqmənzilli raketlər sahəsində Avropada ciddi boşluq mövcuddur. Mölling vurğulayıb ki, bu cür addımlar ABŞ-nin NATO müttəfiqlərini müdafiə etməyə hazır olmasını sual altına qoyur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
2
olke.az

10Источники