"Sportinq" baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 44 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin dekabr ayından Lissabon klubunu çalışdırır. Ötən mövsüm Borgesin rəhbərliyi altında komanda qızıl dubla imza atıb.
Bu mövsüm isə "Sportinq" Portuqaliya çempionatında "Porto" və "Benfika"dan sonra üçüncü yerdədir.