RU

Bakıya uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ - VİDEO

S7 Hava Yollarına məxsus Novosibirsk - Bakı marşrutu üzrə hərəkət edən təyyarə Omsk şəhərinə təcili eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, hava gəmisi sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən Qazaxıstan səması üzərində geri dönmək məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, pilotlar sərnişinə təcili tibbi yardımın göstərilməsi üçün ən yaxın hava limanına enməyə qərar veriblər.

Enişdən dərhal sonra xəstə sərnişin təcili yardım briqadasına təhvil verilib.

Musavat.com

Избранный
46
5
musavat.com

10Источники