RU

Trampın Çin səfəri plan üzrə baş tutacaq

BAKI, 3 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərinin tarixinin yenidən dəyişdirilməsi nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Tramp səfərin təxirə salınmasını planlaşdırmır.

“Bildiyimə görə, o, səfəri yenidən təxirə salmaq niyyətində deyil”, – deyə Bessent qeyd edib.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri əvvəlcə mart ayının sonuna planlaşdırılmışdı, lakin İranla bağlı müharibə səbəbindən may ayının ortalarına keçirilib.

Избранный
2
23
teleqraf.com

10Источники