RU

Bu məqam bizdə problem kimi var Kaxaber Tsxadadze

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olan "Qəbələ" 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə "Zirə"ni təbrik edirəm. Rəşad Sadıqov uzun müddətdir buradadır və yaxşı komanda yaradıb. Oyuna çox yaxşı hazırlaşmışdıq. Qol epizodlarımız da var idi, lakin son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bu məqam bizdə problem kimi var. Bu oyunda da bəsit qol buraxdıq. Qola qədər rəqibin təhlükəli epizodları demək olar ki, yox idi. Bu oyuna da çoxlu azarkeş gəlmişdi. Təəssüf edirəm ki, onları sevindirə bilmədik".

- Son nöqtəni qoymaqda çətinlik çəkdiyinizi söylədiniz. Burada çatışmayan cəhət oyunçuların keyfiyyətidir, yoxsa...?

- Birinci növbədə bu psixoloji amildən irəli gəlir. Təbii ki, texniki cəhət də önəmli rol oynayır. Bu iki amil ümumilikdə keyfiyyət deməkdir. Özünəinamlı olmaq vacibdir.

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
41
sportal.az

10Источники