RU

“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 35-ci turunda "Liverpul" üzərində 3:2 hesablı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə ilə mançesterlilər növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında iştirakını rəsmiləşdirib.

“Qırmızı şeytanlar” hazırda 64 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və mövsümün sonunda beşinci yerdən aşağı düşməyəcəyi dəqiqləşib. Dördüncü pillədə 58 xalla "Liverpul" yer alır. İlk beşliyi isə eyni xala malik, lakin ehtiyatda bir oyunu olan "Aston Villa" qapayır. Altıncı sırada qərarlaşan "Bornmut"un aktivində 52 xal var.

Qeyd edək ki, Mançester təmsilçisi sonuncu dəfə 2023/2024 mövsümündə Çempionlar Liqasında çıxış edib. Həmin vaxt komanda "Bavariya", "Kopenhagen" və "Qalatasaray" ilə eyni qrupda sonuncu yeri tutub.

Bundan əvvəl isə "Arsenal" və "Mançester Siti" də turnirdə iştirak hüququnu təmin ediblər.

Избранный
38
19
90deqiqe.az

10Источники