RU

İtaliya A Seriyası: "Yuventus" autsayder "Verona"nı məğlub edə bilmədi 

İtaliya A Seriyasının 35-ci turunda Turin təmsilçisi "Yuventus" "Verona" ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, Turindəki "Allianz" stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 34-cü dəqiqədə qonaqların hücumçusu Kiron Boui açıb. İkinci hissədə, 62-ci dəqiqədə Duşan Vlahoviç "Yuventus"un bərabərlik qolunu vurub.

"Verona" 35 oyundan sonra 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Yuventus" isə 65 xalla dördüncü yerdədir.

Избранный
45
33
moderator.az

10Источники