RU

İran Hörmüz boğazı üçün regional koordinasiya planını açıqladı

BAKI, 3 may. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Tehranın Hörmüz boğazındakı vəziyyətlə bağlı region ölkələri ilə koordinasiyalı addımlar atacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əl-Cəzirə telekanalına danışıb.

Onun sözlərinə görə, İran Hörmüz boğazı ilə bağlı qərarlarını sahilyanı və qonşu dövlətlərlə razılaşdıracaq və Omanla bu istiqamətdə konkret əməkdaşlıq planlaşdırılır.

“Biz Omanla əməkdaşlıq edərək, İrana qarşı hər hansı hücumların qarşısının alınması üçün konkret addımlar üzərində işləyəcəyik”, – deyə o bildirib.

Rəsmi şəxs həmçinin qeyd edib ki, hazırda Tehran ABŞ ilə davam edən müharibənin dayandırılmasına fokuslanıb və bu çərçivədə müxtəlif cəbhələrdə, o cümlədən Livanda gərginliyin azaldılmasını nəzərdə tutan təkliflər irəli sürülüb.

Избранный
44
50
teleqraf.com

10Источники