RU

Sançesin təyyarəsi Ankarada məcburi eniş edib

İspaniyanın Baş naziri Pedro Sançesin təyyarəsi Ankarada məcburi eniş edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, Pedro Sançes Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Madrid şəhərindən İrəvan istiqamətində uçarkən təyyarə texniki səbəbə görə Ankara şəhərinə məcburi eniş edib.

“Airbus A310” tipli təyyarədə yaranan nasazlıq ciddi olmayıb, lakin təhlükəsizlik protokollarına uyğun olaraq eniş həyata keçirilib.

Baş nazirin gecəni Ankarada keçirəcəyi və səhər saatlarında İrəvana yola düşəcəyi bildirilir.

Избранный
68
3
apa.az

6Источники