RU

“Real” səfərdə “Espanyol”a qalib gəldi

İspaniya La Liqasının 2025/2026 mövsümünün 34-cü turunda “Espanyol” doğma meydanda Madrid “Real”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki,  oyun Barselonada yerləşən “Kornelya-El Prat” stadionunda keçirilib. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid klubunun hücumçusu Vinisius Junior 55-ci dəqiqədə hesabı açıb. 66-cı dəqiqədə isə o, ikinci qolunu vuraraq dubl edib.

Bu turdan sonra Kataloniya təmsilçisi 39 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Kral klubu” 77 xalla ikinci yerdədir. Cədvələ 34 oyundan sonra 88 xalla “Barselona” başçılıq edir.

Növbəti turda Madrid “Real”ı 10 mayda “Barselona” ilə “Spotifay Kamp Nou” stadionunda qarşılaşacaq.

Избранный
74
90deqiqe.az

1Источники