RU

Kolumbiyada yük maşını insanların üzərinə çırpılıb: üç uşaq ölüb, yaralananlar var

Bakı, 4 may, AZƏRTAC

Kolumbiyada avtomobil şousu zamanı yük maşını izdihamın üzərinə çırpılıb, nəticədə üç uşaq həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Faciə ölkənin qərbində yerləşən Kauka departamentinin paytaxtı Popayan şəhərində, bulvarlardan birində keçirilən avtomobil sərgisi zamanı baş verib. Bildirilir ki, qadının idarə etdiyi yük maşını maneəni aşdıqdan sonra qəfil sürətlənərək tamaşaçıların üzərinə hərəkət edib.

Şəhər merinin sözlərinə görə, 10 yaşlı qız hadisə yerində ölüb, daha iki qız isə xəstəxanada həyatını itirib. Ümumilikdə 38 nəfər yaralanaraq tibb müəssisələrinə çatdırılıb.

Polis ilkin ehtimal kimi nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğunu bildirib. Qadın sürücü hazırda xəstəxanadadır, huşu yerindədir və tibbi yardım alır.

Избранный
24
2
azertag.az

3Источники