RU

Mbappenin məşhur aktrisa ilə BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

İspaniya nəhəngi Real Madridin ulduz futbolçusu Kylian Mbappé bu dəfə meydandakı performansı ilə deyil, şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, fransız hücumçunun aktrisa Ester Expósito ilə birlikdə İtaliyada tətil edərkən görüntüləndiyi iddia olunur.

Məlumatlara görə, Mbappenin qarşıdan gələn “El Klasiko” ərəfəsində bu səfəri komanda daxilində müəyyən narazılıq yaradıb. İspaniya mediasında yayılan xəbərlərdə bildirilir ki, bəzi futbolçular ulduz oyunçuya göstərilən “elastikliyin” komandanın daxili balansını poza biləcəyini düşünür.

Xüsusilə mövsümün ən kritik qarşılaşmalarından biri hesab olunan El Clásico öncəsi Mbappenin komandadan uzaq olması müzakirələrə səbəb olub. İddialara əsasən, bu vəziyyət soyunma otağında soyuqluq yaradıb və bəzi oyunçular arasında narahatlıq doğurub.

Mbappé və Ester Expósito-nun İtaliyada birlikdə görüntülənməsi sosial mediada da geniş rezonans doğurub. İstifadəçilər məsələ ilə bağlı fərqli fikirlər səsləndirir, bəziləri futbolçunun şəxsi həyatına hörmət edilməli olduğunu, digərləri isə belə bir vaxtda komandanın yanında olmasının vacibliyini vurğulayır.

Klub və ya futbolçunun özü tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin komandadaxili münasibətlərə necə təsir edəcəyi isə yaxın günlərdə keçiriləcək “El Klasiko” matçında daha aydın görünə bilər.

Musavat.com

 

Избранный
23
musavat.com

1Источники