RU

Sərnişin təyyarədən yerə TULLANDI

Ajans.az "The Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, "Air Arabia" aviaşirkətinin reysi ilə uçan sərnişin qəza çıxışını açaraq təyyarənin enişindən qısa müddət sonra uçuş-enmə zolağına atılıb. Hava limanı rəhbərliyi ehtiyat tədbiri olaraq əsas zolağı bağlayıb. Nəticədə bir neçə reys digər hava limanlarına yönləndirilib, uçuş cədvəlində fasilələr yaranıb.

Sərnişinin şəxsiyyəti müəyyən edilib. O, 29 yaşlı Məhəmməd Şərif Məhəmməd Nəcmuddindir. O, öz hərəkətini "qeyri-sabit psixi vəziyyəti" ilə əlaqələndirib. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Избранный
10
Ajans.az

1Источники