RU

Trampın reytinqi ən aşağı həddə düşdü

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Trampın reytinqi xeyli aşağı düşüb.

Banco.az xəbər verir ki, sorğunun nəticələrinə görə, onun ümumi reytinqi 37 faizə düşüb və bu, tarixdəki ən aşağı səviyyələrdən birinə çatıb.

Tədqiqat "The Washington Post", "ABC News" və "Ipsos" ilə əməkdaşlıq çərçivəsində aparılıb.

24-28 aprel 2026-cı il tarixləri arasında keçirilən sorğuda 2560 amerikalı iştirak edib.

Sorğuda səhv ehtimalının təxminən 2 faiz olduğu bildirilib.

Nəticələrə görə, amerikalıların 62%-i Trampın siyasətinə qarşı olduqlarını bildirib. Xüsusilə, onun İranla bağlı mövqeyi də daxil olmaqla, bəzi xarici siyasət hərəkətləri əksəriyyət tərəfindən dəstəklənməyib; iştirakçıların 66%-i onlara qarşı çıxıb, 33%-i isə təsdiqləyib.

İqtisadi siyasətdən məmnunluq da aşağıdır; iştirakçıların yalnız 34 faizi bu siyasətləri bəyənib. Ekspertlər bunu yanacaq qiymətlərinin artması ilə əlaqələndirirlər.

Bununla belə, Trampın reytinqi respublikaçılar arasında yüksək olaraq qalır və 85 faiz təşkil edir. Lakin müstəqil seçicilər arasında bu göstərici yeni minimum həddə - 56 faizə düşüb.

Siyasi analitiklərin fikrincə, prezidentin reytinqinin azalması respublikaçıların ABŞ Nümayəndələr Palatasında və ABŞ Senatında mövqeyinə mənfi təsir göstərə bilər.

Məlum olduğu kimi, ABŞ-da ara seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasında 435 yerin hamısı və Senatda 33 yer uğrunda mübarizə aparılacaq.

Sorğunun nəticələrinə görə, hazırda Demokratlar seçicilər arasında 5% üstünlük təşkil edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
banco.az

2Источники