RU

Anjela Makeyeva: Azərbaycanın İrpenə hədiyyə etdiyi avtobuslar uşaqların istifadəsinə veriləcək

İrpen, 4 may, AZƏRTAC

Azərbaycan dövlətinin Ukraynanın İrpen şəhərinə hədiyyə etdiyi elektrik avtobusları uşaqların istifadəsinə veriləcək.

Bu barədə AZƏRTAC-a açıqlamasında İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri vəzifəsini icra edən Anjela Makeyeva bildirib.

“Davamlı dəstəyinə görə Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq. Elektrik avtobusları şəhərimizdə mümkün qədər çox uşağın nəqliyyat ehtiyacını aradan qaldıracaq”, - deyə Anjela Makeyeva əlavə edib.

Onun sözlərinə görə, İrpendə Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə daha 4 layihənin icrasına başlanılacaq. Bunlar hündürmərtəbəli binanın tikintisi, İncəsənət Mərkəzinin, Uşaq və Gənclər İdman Məktəbinin, Mədəniyyət Mərkəzinin bərpasıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə humanitar yardım olaraq 5 elektrik avtobusu hədiyyə olunub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen
Избранный
18
2
azertag.az

3Источники