RU

DİN: İki gündə 95 cinayətin açılması təmin edilib, 72 şübhəli saxlanılıb

Mayın 2-si və 3-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 


Nazirliyin məlumatına görə, axtarışda olan ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Hesabat dövründə narkotiklərlə əlaqəli 31 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.


DİN əlavə edib ki, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Gülnar Nazimqızı 

Избранный
18
29
anews.az

10Источники