RU

İrəvan sammitə hazırdır - Dünya liderləri bir araya gəlir - VİDEO

Bazar ertəsi günü çoxsaylı dövlət və beynəlxalq təşkilat rəhbərləri İrəvana toplaşır.

Redaktor.az xəbər verir ki, Ermənistanın paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısı çərçivəsində liderlər tədbirin keçiriləcəyi məkana gəlirlər.

Məlumata görə, sammit Karen Dəmirçyan adına İdman və Konsert Kompleksində keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan qonaqları qarşılayır.

Bildirilib ki, tədbirə ilk gələnlər sırasında Maia Sandu, Jonas Qahr Store və Mark Karni yer alıb.

Qeyd olunub ki, bu il sammit “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” devizi altında keçirilir. Danışıqlar zamanı liderlər enerji, nəqliyyat, rəqəmsal texnologiya və infrastruktur bağlantısı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Məlumata görə, görüşdə həmçinin Ukrayna ətrafındakı vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri də daxil olmaqla qlobal çağırışlara diqqət yetiriləcək. Sammit çərçivəsində birgə bəyanatın qəbulu və Aİ-Ermənistan tərəfdaşlığının inkişafına yönəlmiş sənədlərin imzalanması gözlənilir.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
21
1
redaktor.az

2Источники