RU

“İnter” İtaliya çempionluğunu rəsmiləşdirdi

“İnter” evdə “Parma”nı 2:0 hesabı ilə məğlub edərək, İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümündə vaxtından əvvəl çempionluğunu elan edib.

Msport.az xəbər verir ki, görüş dünən Milandakı “San Siro” stadionunda baş tutub.

Matçda qolları Markus Türam və Henrix Mxitaryan vurublar. Bununla da xallarını 82-yə çatdıran “İnter” sona 3 tur qalmış qızıl medalları təmin edib. Çünki Milan təmsilçisinin turnir cədvəlində ən yaxın izləyicisi “Napoli” ilə (70 xal) arasında 12 xal fərqi var.

Napoli komandası daha əvvəl “Komo” ilə 0:0 heç-heçə etmişdi və bu da Milan klubuna mövsümün sonuna üç tur qalmış titul qazanmağa imkan verib.

“İnter” üçün bu çempionluq titulu klub tarixində 21-ci olub.

Избранный
17
1
msport.az

6Источники