ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 may, AZƏRTAC
Filippinin Samar bölgəsində 6 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 06:09-da baş verib. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrin ilkin olaraq 11,70 dərəcə şimal enliyi və 125,52 dərəcə şərq uzunluğu koordinatlarında olduğu müəyyən edilib.
Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.