RU

İran və ABŞ arasında danışıqlar: Köhnəlmiş iddialar və yeni təkliflər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Pars Today-in məlumatına görə, "Al Jazeera" telekanalının İran və ABŞ arasındakı razılaşma çərçivəsinə dair yaydığı xəbərlər reallığı əks etdirmir və Amerikanın 20 gün əvvəl irəli sürdüyü, artıq qüvvədən düşmüş təkliflərinə əsaslanır. 

Telekanalın iddia etdiyi 15 illik uran zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması kimi şərtlər rəsmi Tehran tərəfindən hələ o vaxt qətiyyətlə rədd edilib. Həmin vaxtdan bəri Vaşinqton öz layihəsini üç dəfə yeniləyib və sonuncu 9 bəndlik ABŞ təklifində İranın qəbul etməyəcəyi həmin mübahisəli şərtlər artıq çıxarılıb. Cavab olaraq İran özünün "qırmızı xətlərini" əks etdirən 14 bəndlik yeni planını təqdim edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü hazırda ABŞ-nin son müraciətinə baxıldığını və prosesin davam etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
olaylar.az

1Источники