RU

Səyyar ASAN xidmətTbilisidə

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!

Redaktor.az xəbər verir ki, Səyyar ASAN xidmət Tbilisiyə gəlir.

Məlumata görə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 5, 6 və 7 iyun 2026-cı il tarixlərində vətəndaşlara bir sıra xidmətlər göstəriləcək.

Bildirilib ki, göstəriləcək xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də məhkumluq barədə arayışların verilməsi daxildir.

Qeyd olunub ki, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar əvvəlcədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Bunun üçün müraciət edən şəxslər portalda səfirliyi seçərək müvafiq xidməti və tarixləri (5, 6 və 7 iyun) qeyd etməlidirlər.

Məlumata görə, xidmətlər Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ünvanında — Vaxtanq Qorqasali küçəsi 4-də həyata keçiriləcək.

 

Избранный
19
redaktor.az

1Источники