RU

“Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsinin icrasına başlayıb.

2026-cı il mayın 1-dən etibarən start verilən və 2 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə Azərbaycandakı möhtəşəm və aktiv palçıq vulkanlarının daxili və xarici turizm, xüsusilə ekoturizm baxımından əhəmiyyətini araşdırmağı hədəfləyir.

Layihənin əsas məqsədi ölkəmizə, xüsusən Bakıya gələn turistlərin palçıq vulkanlarına marağını artırmaq, müxtəlif vulkanları əhatə edən turist marşrutları hazırlamaq, bu unikal təbiət abidələrinin daha geniş şəkildə tanıdılması və populyarlaşdırılmasına töhfə verməkdir. Bununla yanaşı, layihə palçıq vulkanlarının kreativ xidmət və mədəni sənaye elementi kimi Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasındakı rolunu da diqqət mərkəzində saxlayır.

Layihə çərçivəsində Azərbaycandakı fəaliyyət göstərən palçıq vulkanları daxili və xarici ekoturizm obyekti kimi araşdırılacaq, onların beynəlxalq ekoturizmə cəlb olunması imkanları öyrəniləcək. Eyni zamanda, palçıq vulkanlarının mühafizəsi ilə yanaşı, ekoturizm vasitəsilə yeni iş yerlərinin yaranmasına təsiri də tədqiq ediləcək.

Bu istiqamətdə elmi və yaradıcı şəxslərdən ibarət işçi qrup formalaşdırılacaq, əhali arasında ekoturizm və palçıq vulkanlarının tanıdılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq.

Fatimə Nəbiyeva

Избранный
9
qht.az

1Источники