RU

"Milan" 19 yaşlı futbolçu iləı maraqlanır

BAKI, 4 may. TELEQRAF

İtaliya A Seriyası təmsilçisi “Milan” “Korintians”ın braziliyalı futbolçusu Andre Luizlə maraqlanır.

Teleqraf xəbər verir ki, klub rəhbərliyi 19 yaşlı yarımmüdafiəçi üçün yaxın vaxtda rəsmi təklif göndərməyə hazırlaşır.

“Milan”la bərabər İngiltərənin “Nyukasl” klubu da gənc futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Andre Luizin “Korintians”la müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədədir.

Избранный
19
teleqraf.com

1Источники