RU

İranda 3 nəfər edam edildi

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İranda iqtisadi səbəblərlə başlayıb rejim əleyhinə nümayişlərə çevrilən son aylardakı etirazlarda Məşhəd şəhərində “zorakılıq əməllərində iştirak ” və “İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əlaqəli olduqları” iddiası ilə edam cəzasına məhkum edilən 3 nəfərin hökmü icra olunub.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyası məhkəmə orqanlarının yazılı açıqlamasını yayıb.

Açıqlamada bildirilib ki, Mehdi Resuli və Məhəmməd Rza Miri 2026-cı ilin yanvarında baş verən küçə hadisələri zamanı Məşhəddə MOSSAD ünsürləri kimi zorakılıq aksiyalarında iştirak edib və təhlükəsizlik əməkdaşı Həmid Rza Yusefi Nejadın öldürülməsində birbaşa rol oynayıblar.

Məşhədin Təbarşi bölgəsində baş verən hadisələrin əsas təşkilatçılarından biri olduğu iddia edilən İbrahim Dövlətabadi isə təhlükəsizlik qüvvələrindən bəzilərinin həyatını itirməsinə səbəb olan hadisələrə rəhbərlik etməkdə günahlandırılıb və edam cəzasına məhkum edilib.

Açıqlamada qeyd olunub ki, təqsirləndirilən şəxslər barədə çıxarılan edam hökmü bu səhər icra edilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
cebheinfo.az

2Источники