RU

Həyat yoldaşının sosial media hesabı açdığı üçün dəhşət saçdı - ANBAAN VİDEO

Türkiyənin Ərzurum şəhərində silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, boşanma prosesində olduğu həyat yoldaşının sosial şəbəkədə hesab açmasına qəzəblənən 26 yaşlı S.T. qayınatasının evinə ov tüfəngi ilə atəş açıb.

Hadisə Palandöken rayonunda, Türbə küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Məlumata görə, S.T. həyat yoldaşı F.T.-nin İnstaqram hesabı açdığını öyrəndikdən sonra silahlanaraq onun qaldığı ünvana gəlib və mənzilə dörd dəfə atəş açıb. Güllələr balkon və otaq pəncərələrinə dəyib.

Hadisə zamanı S.T.-nin atası M.T. hadisə yerinə gələrək oğlunu sakitləşdirməyə və silahı əlindən almağa çalışıb. Atəş səsləri ətrafdakı sakinlər arasında təşvişə səbəb olub.

Polisə daxil olan məlumat əsasında əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşlarını görən şübhəli hadisə yerindən qaçsa da, keçirilən əməliyyat nəticəsində Afşar küçəsində saxlanılıb. Onun üzərindən cinayətdə istifadə olunan ov tüfəngi götürülüb.

Hadisə yerinə baxış zamanı ərazidə üç ədəd boş patron aşkar edilib. Baş verənlər ətrafdakı şəxslər tərəfindən mobil telefonlarla lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Избранный
18
3
musavat.com

4Источники