RU

Atası ilə yaxın olan qızlar daha gec yetkinləşir


Qızların ataları ilə münasibəti onların yetkinlik yaşına çatma vaxtına təsir göstərə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Social Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat 173 qız və onların ailələri üzərində aparılıb. Qızlar uşaq bağçasından yeddinci sinfə qədər izləniliblər. Bu müddətdə alimlər ailə münasibətləri ilə qızların inkişaf tempi arasındakı əlaqəni araşdırıblar.
Nəticələrə görə, atası ilə yaxın, səmimi və dəstəkləyici münasibətdə olan qızlar yetkinlik dövrünə daha gec daxil olur. Atası ilə münasibəti zəif olan və ya atasız böyüyən qızlarda isə erkən yetkinlik daha çox müşahidə edilir.
Избранный
21
1
yeniavaz.com

2Источники