RU

Aliment ödəməkdən yayınanlar üçün proses çətinləşir Yeni qərarlar nələri dəyişəcək?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aliment öhdəlikləri ilə bağlı beynəlxalq hüquqi münasibətlər son illərdə xüsusilə aktuallaşan məsələlərdən biridir. Azərbaycanın vətəndaşlarının bir hissəsi keçmiş postsovet ölkələrində ailə həyatı qurduqdan sonra sonradan ölkəyə qayıdır və bu zaman nikahdan doğan uşaqla bağlı aliment tələbləri müxtəlif yurisdiksiyalarda icra olunur. Bu isə həm hüquqi yardım mexanizmlərinin, həm də beynəlxalq konvensiyaların tətbiqində müəyyən çətinliklər yaradır. Milli Məclisdə müzakirə olunan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol” da məhz bu tip transsərhəd ailə-hüquq münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Azərbaycanda uşaqların aliment hüququnun təmin olunması praktikada ciddi problemlərlə üzləşir:“Bu problemlərin səbəbləri müxtəlifdir və hər bir halın özünəməxsus çətinlikləri var. Ümumiyyətlə, aliment öhdəliyi adətən uşağın yanında qalmayan valideynin üzərinə düşür. Əksər hallarda bu, kişi olur, lakin bəzi hallarda uşaq ata ilə qalır və bu zaman aliment ödəməli olan tərəf qadın olur. Yəni əsas meyar uşağın kimlə yaşamasıdır. Problemin əsas istiqamətlərindən biri ödəyicinin maddi imkanları ilə bağlıdır. Bəzi hallarda valideyn həqiqətən də işsiz olur və gəliri olmadığı üçün aliment ödəyə bilmir. Digər hallarda isə şəxs bilərəkdən ödənişdən yayınır, gəlirini gizlədir və rəsmi olaraq gəlirinin olmadığını bildirir. Bu zaman onun faktiki qazancını sübut etmək çətinləşir. Xüsusilə çətinlik yaradan məsələlərdən biri də tərəflərdən birinin xaricdə yaşamasıdır”. O deyib ki, əgər aliment ödəməli olan şəxs xaricdədirsə və ya əksinə, tələb edən tərəf xaricdə yaşayırsa, proses daha mürəkkəbləşir:“Belə hallarda məhkəmə qərarlarının tanınması və icrası üçün əlavə hüquqi prosedurlar tələb olunur. Məsələn, xarici ölkədə çıxarılan məhkəmə qərarı Azərbaycanda tanınmalı və daha sonra icraya yönləndirilməlidir. Eyni qaydada, Azərbaycanda çıxarılan qərarın xaricdə icrası üçün həmin ölkənin hüquqi sistemində tanınması lazımdır. Bu proses isə vaxt aparır və ölkədən ölkəyə fərqli qaydalarla həyata keçirilir. Bununla belə, əsas problem məhz beynəlxalq prosedurlar deyil. Əsas çətinlik alimentin icrasının təmin edilməsidir. Çünki bir çox hallarda ödəyicinin ya həqiqətən rəsmi gəliri olmur, ya da mövcud gəlir qeyri-rəsmi şəkildə əldə edilir və gizlədilir. Bu isə icra məmurları üçün vəziyyəti daha da mürəkkəbləşdirir. Azərbaycanda kölgə iqtisadiyyatının geniş yayılması və gəlirlərin qeyri-şəffaf olması aliment ödənişlərinin tam və vaxtında təmin olunmasına mane olan əsas amillərdən biri kimi çıxış edir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
demokrat.az

1Источники