RU

Fransa liderindən TƏCİLİ mesaj: Hörmüz boğazı üçün ABŞ və İrana "gözlənilməz" təklif

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının açılması ilə bağlı dünya gündəmini zəbt edən bir təkliflə çıxış edib.

Musavat.com xəbər verir ki, Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edən Makron, ABŞ və İranı Hörmüz boğazının "koordinasiyalı şəkildə açılmasına" çağırıb. O, gəmilərin təhlükəsiz hərəkətinin bərpası üçün məhz Vaşinqton və Tehranın birgə hərəkət etməsinin "yeganə həll yolu" olduğunu xüsusi vurğulayıb.

Fransa lideri ölkəsinin hərbi əməliyyatlarda iştirakı ilə bağlı mövqeyinə də aydınlıq gətirərək, çərçivəsi qeyri-müəyyən olan heç bir hərbi missiyada yer almayacaqlarını bəyan edib.

Bu bəyanat ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət etməyə başladığı və daha əvvəl Fransa ilə Böyük Britaniyanın boğazın güc yolu ilə açılması üçün beynəlxalq koalisiya yaratmaq cəhdlərinin fonunda səslənib.

Musavat.com

Избранный
14
musavat.com

1Источники